Ukrayna istehsalı ballistik raketlər sınaqdan keçirildi

“Ukraynanın “Sapsan” ballistik raketi sınaqdan keçirilib. İndi onun istehsalının artırılması məsələsi gedir”.

Teleqraf xəbər verir ki, bunu “Fabrika Novostey” nəşrinə müsahibəsində Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

Ukrayna rəsmisi bildirib: “İstehsalçılarımız fəal işləyirlər. Söhbət miqyas və investisiya məsələsidir. Hazırlanmış, artıq sınaqdan keçirilən raketlər var. Mən təfərrüatlara varmaq istəmirəm…

Ballistik raketlər hazırlanıb, sınaqdan keçirilib. Avropalı tərəfdaşlarımızın birgə istehsala daha sürətli və çox sərmayə qoyması vacibdir. Yəni, Ukrayna istehsalına, o cümlədən ballistik raket proqramına investisiyalar Rusiyanı cilovlamaq üçün mühüm zəmanətdir”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button