Ukrayna kəşfiyyatı: Zelenskinin öldürülməsi üçün ölkəyə xüsusi dəstə göndərilib
Martın 20-də “Vaqner” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojinlə əlaqəli olan daha bir silahlı qrup Ukraynaya gəlib.
Cinayətkarların əsas vəzifəsi ölkənin ali hərbi-siyasi rəhbərliyini məhv etməkdir.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi yanında kəşfiyyat xidməti özünün “Telegram” kanalında məlumat yayıb.
“Muzdluların əsas hədəfi Volodimir Zelenski, Andrey Yermak, Denis Şmıxaldır”, – məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bəyan etmişdi ki, Zelenskiyə qarşı artıq on dəfədən çox sui-qəsd cəhdi olub.