Ukrayna münaqişəsinə görə dünyada aclıq ola bilər
BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) sözçüsü Tomson Piri cümə günü keçirdiyi brifinqdə bildirib ki, Ukraynadakı münaqişə ərzaq qiymətlərinin artmasına və dünyada aclığa səbəb ola bilər.
“Avropanın çörək səbəti kimi tanınan Qara dəniz hövzəsi taxıl və kənd təsərrüfatı məhsullarının istehsalı üçün ən mühüm regionlardan biridir. Dünya buğda ixracının 30, qarğıdalı ixracının 20 və günəbaxan tədarükünün 76%-i Ukrayna və Rusiyanın payına düşür”, – deyə Piri bəyan edib.
O, qeyd edib ki, artan ərzaq və yanacaq qiymətləri onsuz da çoxalan istehlak xərclərini daha da artırır ki, bu da yoxsulluq və hətta aclığa gətirib çıxara bilər.