“Ukrayna münaqişəsində udan tərəflər ABŞ və Çin-dir” – Vuçiç
“Münaqişə nəticəsində Ukrayna digərlərindən daha çox itirəcək, ABŞ və Çin isə bundan faydalanacaq”.
Teleqraf.com xəbər verir ki. bunu Serbiya Prezidenti Aleksandr Vuçiç müsahibəsində bildirib.
“Bu müharibədə ən çox uduzan, əlbəttə ki, ukraynalılardır. Amma ruslar da, biz avropalılar da uduzduq. ABŞ və Çin bu münaqişənin qalibləridir.ABŞ enerji bazarında öz mövqelərini gücləndirirdi. Çin hər bir Qərb ölkəsinin hücuma necə reaksiya verəcəyi barədə aydın təsəvvürə malik oldu”, – Serbiya lideri bildirib.
Vuçiç əlavə edib ki, Avropa, onun fikrincə, Ukraynanın münaqişədə qələbəsinə kifayət qədər sərmayə qoymur. Serbiya prezidenti iddia edir ki, Çin mümkün danışıqlarda vasitəçi ola bilər
Polise.az