Ukrayna nüvə yanacağı istehsalı zavodu tikməyi planlaşdırır
Ukraynanın atom elektrik stansiyalarının operator şirkəti “Energoatom” Nikolayev vilayətinin Yujnoukrainsk şəhəri yaxınlığında nüvə yanacağı istehsalı zavodu tikməyi planlaşdırır.
Polise.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Pyotr Kotin bildirib.
“Biz zavodu Yujnoukrainsk şəhəri yaxınlığında inşa etmək qərarına gəldik. Mən şəhər sakinlərindən belə böyük dəstək olacağını gözləmirdim”, – o bildirib.
Onun sözlərinə görə, Ukrayna nüvə yanacağı ilə təchizat mənbələrini təmin etməlidir və onlardan biri də öz istehsalı olacaq.
Şirkət rəhbəri qeyd edib ki, “Energoatom” “Westinghouse” texnologiyasından istifadə etməklə nüvə yanacağı istehsal etmək niyyətindədir: “Bu gün biz Rusiya nüvə yanacağının tədarükündən tamamilə imtina etmişik, yanacağı yalnız ABŞ-nin “Westinghouse”dan alırıq.
Polise.az