Ukrayna ombudsmanı: “Təyyarədə onlarla insanın olmasına şübhə edirəm”

Rusiyanın iddia etdiyi kimi, Belqorod yaxınlığında qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində onlarla insanın ola biləcəyinə dair heç bir əlamət yoxdur.

Polise.az  “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Ombudsmanı Dmitri Lubinets telemarafonun efirində deyib.

O bildirib ki, yanvarın 24-də Rusiya ilə əsir mübadiləsi aparılmalı idi: “Hərbi əsirlər mübadilə prosesi ölkəyə qayıdana qədər onların təhlükəsizliyi ilə bağlı bütün məsuliyyəti qarşı tərəf daşıyır”.

Ombudsmanın sözlərinə görə, hadisə ilə bağlı beynəlxalq araşdırma başlanmalıdır: “Biz şəffaf beynəlxalq araşdırma tələb edirik. Bu gün mən BMT-yə, Qızıl Xaç Komitəsinə məktublar göndərəcəm. Biz onları artıq hazırlayırıq”.

D.Lubinets söyləyib ki, Ukrayna istintaqa öz töhfəsini verəcək və həm beynəlxalq, həm də yerli ekspertləri prosesə cəlb etməyə çalışacaq: “Qəza zamanı İl-76 təyyarəsində kimin olduğu hələlik məlum deyil. Orada onlarla insanın olmasına şübhə edirəm. Cəsədlər olsa idi, Rusiya bununla bağlı fotoşəkil və video yayar, həmin dəlillərdən istifadə edərdi. Biz təyyarədə bu qədər insanın olduğuna dair heç bir əlamət görmədik”.

Xatırladaq ki, təyyarə qəzası nəticəsində göyərtədə olan 75 nəfərin hamısı ölüb. Rusiya tərəfinin məlumatına görə, təyyarədə ukraynalı hərbi əsirlər aparılırmış. Təyyarənin hər iki “qara qutusu” tapılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button