Ukrayna ordusu əks-hücuma keçdi… – Bu şəhər azad edildi, general öldürüldü, elit bölmələri əsir alındı…

“Rusların Xarkov şəhərinə hücumu səngiyib”. Bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Ruslar şəhəri mühasirəyə almağa çalışırlar, lakin böyük itki verirlər. Qarşı tərəf texnika və canlı qüvvə baxımından ciddi itki verir” – o, bildirib.

Rusiya qoşunları Çerniqovun mərkəzində yaşayış binalarına hücumu davam edir.

Bununla bağlı Çerniqov Vilayət Dövlət Administrasiyasının sədri Vyaçeslav Çaus məlumat verib.

Onun sözlərinə görə, martın 3-də səhər saatlarında Rusiya qoşunları şəhərin mərkəzindəki yaşayış bölgəsinə raket zərbəsi endirib.

Çerniqovda Rusiya hərbçilərinin yaşayış məntəqələrinə hava hücumu zamanı iki məktəb və fərdi yaşayış evi atəşə tutulub.

Fövqəladə Hallar Dövlət Xidmətinin ilkin məlumatına görə, hücum nəticəsində 9 nəfər həlak olub, daha dörd nəfər isə yaralanıb.

***

Müharibənin 8-ci günündə Ukrayna cəbhəsindən sevindirici xəbərlər gəlməkdə davam edir.

Ukrayna ordusu bugün əks-hücuma keçərək, Kiyev vilayətinin Buca şəhərini düşməndən azad ediblər. 

Daha sonra isə hərbiçilər Bucadakı inzibati binalardan birində Ukrayna bayrağı dalğalandırıblar.

Bundan əlavə Ukraynanın Silahlı Qüvvələri Sum vilayəti istiqamətində Rusiya ilə dövlət sərhəd xəttinə çatıblar.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov feysbukda yazıb.

“Təcavüzkar terrorçu dövlət olan Rusiya ilə müharibənin səkkizinci günündə 5-ci önbölmə dəstələrimizin sərhədçiləri Rusiya Silahlı Qüvvələrinin bölmələri ilə birgə Sum vilayətində Ukraynanın dövlət sərhəd xəttinə çıxıb”, – o bildirib.

Ukraynada davam edən döyüşlərdə ilk dəfə Rusiya generalı məhv edilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Rusiya Desantçılar İttifaqı”nın nümayəndəsi Sergey Çipilev öz sosial şəbəkə səhifəsində məlumat yayıb və başsağlığı verib.

Söhbət Rusiya Silahlı Qüvvələri 41-ci ordu komandanının müavini, 7-ci desant diviziyasının keçmiş komandanı general-mayor Andrey Suxovetskidən gedir.

Məlumatda qeyd olunur ki, general-mayor Rusiyanın “xüsusi əməliyyat” adlandırdığı döyüşlərin birində həlak olub.

Ukraynalı hərbçilər Rusiya ordusunun 12676 saylı hərbi hissəsinin batalyon komandiri Dmitri Şişkanovu isə əsir götürüb.

Əsir götürülən hərbçi Rusiyanın əməliyyat planları barədə danışıb. O qeyd edib ki, rusiyalı hərbçilərə martın 2-3-də geri dönəcəkləri bildirilib.

“Bizə dedilər ki, martın ikisinə və ya üçünə qədər qayıdacaqsınız”, – deyə o qeyd edib.

Ukrayna Hava Hücumundan Müdafiə Birləşmiş Qüvvələri ölkənin Donetsk vilayətinin cənub-qərbində yerləşən Volnovaxa şəhərində Rusiyanın “Su-34” bombardmançı təyyarəsini vurublar.

 Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, bu təyyarə şəhər sakinlərini və infrastrukturu bombalayırmış.

Kiyev vilayətinin paytaxtdan 8 km məsafədə yerləşən İrpen şəhərində isə Rusiya qüvvələrinin Su-30 qırıcısı vurulub.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı feysbukda yazıb.

Qeyd edək ki, ötən gün İrpen şəhəri Rusiya qüvvələrinin şiddətli bombardmanına məruz qalıb. Nəticədə şəhərdə çox sayda dinc sakin həlak olub.

***

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı Rusiya ilə müharibənin 8-ci günündə operativ vəziyyətə dair məlumat yayıb. Məlumatda deyilir ki, Volınsk istiqamətində düşmən dövlət sərhədi boyu nümayişkarənə manevrlərini davam etdirir. 

Polesye istiqamətində Rusiya ordusu Kozaroviçi, Vışqorod, Fastov, Obuxov yaşayış məntəqələri rayonunda hücum əməliyyatları keçirir. Borodyanka, Katyujanka və Qovornişnı rayonlarında səhra logistika mərkəzləri qurulur.

Şimal istiqamətində Rusiya ordusu Çerniqov, Nejin, Sum, Lebedine və Axtırka yaşayış məntəqələrini ələ keçirmək cəhdlərinin boşa çıxmasından sonra Ukrayna ordusu ilə birbaşa toqquşmadan yayınır və Kiyevin şimal ətraflarına çatmağa çalışır.

Düşmən hissələri və bölmələri Barışevka, Novaya Basan, Lyubeç rayonları istiqamətində cəmləşdirilib. Rusiya ordusunun hissələri yenidən qruplaşma həyata keçirir və Brovarı, Kiyev istiqamətində hücuma cəhd edir.

Slobajansk istiqamətində düşmən Zoloçev, Xarkov, Balakleya istiqamətində hücum edir, Lozovoy istiqamətində hücuma cəhd göstərir, ancaq şəxsi heyət və texnika sarıdan fəlakətli miqyasda itkiləri var.

Donetsk istiqamətində Rusiya qoşunları artilleriyanın dəstəyi ilə Novıy Aydar, Volnovaxa və Mariupol istiqamətində hücum fəaliyyətlərini davam etdirir. Lakin Mariupolu ələ keçirmək, beləliklə də Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmaq məqsədinə hələ çata bilməyib.

Tavriya istiqamətində Rusiya ordusu hücum cəhdlərindən əl çəkmir, əsas səylərini Nikolayev-Voznesensk istiqamətinə yönəldib. Qara dəniz zonasında Rusiya donanmasının gəmiləri mülki gəmilərə atəş açır və dənizçiləri əsir götürür. Habelə dörd iri desant gəmisi üç raket katerinin müşaiyəti ilə Odessa istiqamətində hərəkət edir.

Bu arada Rusiya hərbçilərinin yenidən Xerson şəhərinə nəzarəti ələ keçirdiyi bildirilir. CNN-nin xəbərinə görə, faktı şəhərin meri İqor Kolixayev təsdiqləyib.

Mer “Facebook” hesabındakı paylaşımında şəhərdə Ukrayna ordusunun qalmadığını bildirib.

Qeyd edək ki, Rusiya ötən gün Xerson şəhərinə nəzarəti götürdüyünü açıqlayıb. Ancaq sonradan Ukrayna ordusu şəhəri geri alıb. 

Bu, müharibə başlayandan Rusiyanın ələ keçirdiyi ən böyük şəhərdir. Qara dəniz sahilində yerləşən şəhərin 300 min sakinin olduğu bildirilir. 

Ukrayna qüvvələri Rusiya Federasiyasının üç təyyarəsini və iki helikopterini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının “Facebook” hesabında məlumat verilib.

“Martın 2-də “Su-24m” və “Su-25” döyüş təyyarələrinin ekipajları Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının hissələrinə havadan dəstək göstərərək, Kiyev, Sumı, Çerniqov və Xarkov vilayətlərində Rusiya hərbi texnikasının kolonlarını və canlı qüvvəsini məhv ediblər”, – deyə məlumatda qeyd olunur.

O cümlədən, gün ərzində zenit-raket bölmələrinin Rusiyaya məxsus üç təyyarəni və iki helikopteri məhv etdiyi bildirilir.

Bir gün əvvəl Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyanın iki “SU-35S” qırıcısını, martın 1-də isə 1 təyyarəsini, 1 helikopterini və bir neçə hərbi texnika kolonunu məhv edib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə martın 3-nə keçən gecə xalqa növbəti dəfə müraciət edib və Rusiya ordusunun itkilərini açıqlayıb.

Müraciətin videogörüntüsü Ukrayna dövlət başçısının teleqram kanalında yayımlanıb.

“Bir həftə ərzində təxminən 9 min rusiyalı öldürüldü. Nikolayev istiqamətində onlar helikopterlərlə 19, 20 yaşlı, 200-300 nəfər hərbçinin meyitlərini aparmalı oldular”, – Zelenski bildirib.

Zelenski deyib ki, Ukrayna xalqı bir həftə ərzində düşmənin planlarını pozub: “Biz onları dayandırdıq və əzdik. Biz düşmənin planlarını bir həftədə pozan xalqıq. İllərlə qurulan planlar. Yəni ölkəmizə, xalqımıza, ürəyində azadlıq olan hər bir insana nifrətlə hesablanmış…(planları-red). Amma biz onları saxladıq və əzdik”, – Prezident vurğulayıb.

Zelenski əlavə edib ki, hərbçilərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa, hətta sadə ukraynalılar da hər gün rus əsgərlərini əsir götürür: “Və onlar yalnız bir şey deyirlər. Nə üçün burada olduqlarını bilmirlər”.

Gecə boyu Ukraynanın Xarkov vilayətində gecə boyu şiddətli döyüşlər gedib.

Bu barədə ukraynalı siyasətçi Aleksey Qonçarenko danışıb.

Qeyd olunub ki, gecə saatlarında Xarkovun İzyum bölgəsinə aviazərbələr endirilib.

Nəticədə səkkiz nəfər həlak olub.

Çərşənbə günü axşam saatlarında Kiyev vağzalının ərazisində güclü partlayış səsi eşidilib. Bu barədə “İnterfaks” Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenkoya istinadən xəbər verir.

“Ukrainskaya Pravda”nın məlumatına görə, partlayış Cənub Dəmiryol Vağzalının yaxınlığında baş verib. Bu yerin yaxınlığında Ukrayna Müdafiə Nazirliyinin binası yerləşir.

UNİAN-ın məlumatına görə, partlayışa səbəb Kiyevin üzərində Rusiya raketinin vurulması idi.

“Minlərlə ukraynalı qadın və uşağın təxliyə olunduğu Cənub Dəmiryol Vağzalına hava zərbəsi endirilib. Mərmi “İbis” otelinin yaxınlığında düşüb. Stansiya binası sağ qalıb, ona cüzi ziyan dəyib. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir”, – Ukrayna Dəmir Yollarının mətbuat xidmətindən bildirilib. 

Ukrayna ərazi sularında Banqladeş bayrağı altında üzən gəmi də Rusiya donanması tərəfindən vurulub.

Hadisə Nikolayev şəhərində Olvia limanında baş verib.

Raketlə vurulan gəminin görüntüləri yayılıb.

Ukrayna Silahlı Qüvvələri Xarkov ətrafında gedən döyüşlərdə Rusiya ordusunun elit bölmələrini darmadağın edib və əsir alıblar. Bu barədə Ukrayna prezidentinin Ofisinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib.

“Xarkov ətrafında Rusiya ordusunun elit bölmələri darmadağın edilib və əsir alınıb. Bunlar 1-ci tank ordusunun-Tamansk diviziyasının, Kantemirsk diviziyasının və digərlərinin bölmələridir”, – o deyib.

Arestoviç əlavə edib ki, Rusiya işğalçı qüvvələrinin digər bölmələri haqda heç danışmağa dəyməz.

“Qalanlar haqda isə heç danışmaq istəmirəm. Bu gün zabitlər əsir düşüb – tank batalyonlarının komandirləri, üç polk komandirinin müavini və digərləri. Və budur, onlar ağlayırlar, diz çökürlər və deyirlər ki, “Biz bilməmişik…” Onlar heç əvvəldən düz-əməlli əfsanə də hazırlaya bilməyiblər”, – o bildirib.

Prezident Ofisinin müşaviri qeyd edib ki, hazırda Rusiya qoşunlarının 55-60 faizi Xarkov və Kiyev ətrafında cəmləşdirilib, digər regionlarda isə onların mövqeləri arasında “nəhəng dəliklər” yaranıb.

“Onlar batalyon və bölük qrupları ilə (200-400, 600 nəfər) hansısa vəzifələr həll etməyə çalışırlar. Və budur, onlar Krivoy Roq və Nikolayev ətrafında üç dəfə belə vəzifəni yerinə yetirməyə cəhd ediblər, amma hər dəfə darmadağın olunublar və praktiki olaraq tam məhv ediliblər”, – Arestoviç deyib.

Peşəkar hərbçi olan A.Arestoviç qeyd edib ki, o özü də Rusiya ordusunun bir həftəyə bu qədər itki verəcəyini ağlına gətirməzdi. Amma döyüş əməliyyatlarının hər günündə ruslar orta hesabla 1 500 nəfər itiriblər.

Bu arada Putin KTMT-nin sülhməramlı fəaliyyəti haqqında sazişə “əlaqələndirici dövlət” anlayışının tətbiqi ilə bağlı düzəlişləri ratifikasiya üçün Dövlət Dumasına təqdim edib.

Bu təqdimatın Ukrayna müharibəsi ilə əlaqəli olduğuna şübhə yoxdur və Kreml KTMT ölkələrini də Ukrayna ilə qanlı müharibəyə cəlb edəcək.

Bu o deməkdir ki, Paşinyan yenə də öz “zinvorlarını” “Bayraktarların” altına göndərəcək!

Xatırladaq ki, hazırda KTMT-nin dönəm sədrliyi Ermənistandadır.

Hamısını Göstər

Related Articles

Back to top button