Ukrayna ordusu rusiyalı briqada komandirini öldürdü: Çuquyevə nəzarəti geri qaytardı

Rusiya ordusu əsas qüvvələrini Kiyev, Xarkov, Çerniqov, Sumı və Nikolayev şəhərlərinin mühasirəsinə yönləndirib. Rusiya qoşunları Kiyevə hücum üçün resursların toplanmasına başlayıb.

Bu barədə Ukrayna ordusunun Baş Qərargahından məlumat verilib.

Bildirilir ki, Ukrayna ordusu tərəfindən Çuquyev şəhəri rusiyalı hərbçilərdən təmizlənib.

Döyüşlər zamanı Rusiyanın 61-ci dəniz piyadaları briqadasının komandiri polkovnik-leytenant Dmitri Safronov və Hava Desant Qoşunlarının 11-ci desant hücum briqadasının komandanının müavini polkovnik-leytenant Denis Qlebovun öldürüldüyü bildirilib.

Hamısını Göstər

Related Articles

Back to top button