Ukrayna Prezidenti: ABŞ-ın hərbi yardımla bağlı qərarını gözləyirik
Fransanın “Gənc Kənd Təsərrüfatı İstehsalçıları” həmkarlar ittifaqı bazar ertəsinə keçən gecə Parisi və yaxınlıqdakı qəsəbələri blokadaya almaq niyyətindədir.
Polise.az xəbər verir ki, həmkarlar ittifaqından verilən məlumata görə, azı beş gün davam edəcək aksiyanın məqsədi parislilərə yaşamaq üçün kənd təsərrüfatı istehsalçılarına ehtiyacları olduğunu izah etməkdir.
Fransalı fermerlər yüksək vergilərə və kənd təsərrüfatı texnikası üçün yanacağın qiymətinin həddən artıq baha olmasına qarşı çıxır, həmçinin Avropa İttifaqında tətbiq edilən ekoloji standartlarla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirlər.
Bir gün öncə Fransanın hökumət başçısı Qabriel Attal kənd təsərrüfatı istehsalçılarının kütləvi nümayişlərinin başladığı Occitanie regionundakı Haute-Garonne departamentində fermerlər qarşısında çıxış edib. O, hökumətin şənbə günündən etibarən qüvvəyə minəcək on tədbiri həyata keçirmək qərarına gəldiyini deyib. Baş nazirin sözlərinə görə, bu tədbirlər fermerlərin əmək şəraitinin yaxşılaşdırılmasına yönəlib.
Qabriel Attalın çıxışından sonra Kənd Təsərrüfatı İstehsalçılarının Həmkarlar İttifaqları Milli Federasiyasının sədri Arno Russo TF1 televiziyasının efirində Baş nazirin bütün suallara cavab vermədiyi üçün hərəkatı davam etdirməyi qərara aldıqlarını bildirib.
Polise.az