Ukrayna Prezidenti: Rusiyaya etibar etmirəm

“Ukrayna danışıqlar məsələsində Rusiyaya etibar etmir”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Ruslar üçün ABŞ Prezidenti Donald Trampa Ukrayna ilə Rusiya arasında diplomatik körpünün olduğunu göstərmək vacibdir ki, danışıqlar davam edərkən Rusiyaya qarşı sanksiyalar tətbiq olunmasın. Çünki Putin bu halda həmişə onu deyə bilər ki, baxın, bir-birimizlə danışırıq, sanksiyalar tətbiq olunsa, daha danışıqlar olmayacaq. Putin sülh istəmir”, – dövlət başçısı bildirib.
V.Zelenski qeyd edib ki, V.Putin ikinci bir məqsədi də güdür – Ukraynanı təcrid etmək üçün Avropa və ABŞ-siz dialoq istəyir:
“Müharibə tərəfdaşların Ukraynaya dəstəyi olmadan davam edir, bu, Putin üçün ideal variant olardı”.
Polise.az