Ukrayna Rusiya limanında neft tankerini vurdu: Yanğın və heyətdə ölənlər var

Rusiyanın Rostov-na-Donu şəhər limanında Ukrayna dronları neft tankerini məhv edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatı mer Aleksandr Skryabin təsdiqləyib. Onun Telegram kanalında verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan sonra tankerdə baş verən yanğınla mübarizə aparılır: “Təcili yardım xidmətləri Qərbi Jeleznodorojnı rayonundakı lövbərində dron hücumu nəticəsində zədələnmiş tankerdəki yanğını söndürür. Neft dağılmasının qarşısı alınıb. Təəssüf ki, ölənlər və yaralananlar var. Məlumat dəqiqləşdirilir”.

Ötən gecə Rostov vilayətinin qubernatoru Yuri Slyusar Rostov-na-Donu limanında gəminin zədələndiyini və heyət üzvlərinin öldüyü ehtimal olunduğunu bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button