Ukrayna Rusiya şəhərlərinə dəhşət yaşatdı: Moskva aeroportları bağlandı, enerji obyektləri dağıdıldı

Ötən gecə Ukrayna Rusiyaya son aylarda ən kütləvi dron və raket hücumu həyata keçirib.
Musavat.com xəbər verir ki, hücumların əsas istiqamətlərindən biri Rusiya paytaxtı olub. Moskva meri axşam və gecə ərzində 67 Ukrayna dronunun hücumunun dəf olunduğunu açıqlayıb. Moskva hava limanlarının hamısı saatlar boyu fəaliyyətsiz qalıb, şəhərdə dronların söndürülməsi məqsədilə internet bağlantısına böyük fasilələr verilib.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Belqorod və Belqorod rayonu Ukraynadan gələn kütləvi raket hücumlarına məruz qalıb və enerji infrastrukturuna ciddi ziyan vurub: “Enerji infrastrukturuna ciddi ziyan dəyib. Nəticədə elektrik enerjisi, su və istilik təchizatında fasilələr qeydə alınıb. Zərərin dəqiq miqyasını gündüz saatlarında qiymətləndirə biləcəyik”.
Onun sözlərinə görə, Belqoroddakı obyektlərdən birində yanğın baş verib.
Regional əməliyyat qrupunun məlumatına görə, Krasnodar diyarının Tixoretsk rayonundakı neft anbarında yanğın başlayıb.
İşçi qrupu əlavə edib ki, PUA-nın “qalıqları” Tixoretsk rayonunda iki yüksək gərginlikli elektrik xəttinə də zərər vurub.
Bundan əlavə, Bryansk istiqamətində 150-dək dronla hücum edilib.
Polise.az



