Ukrayna Silahlı Qüvvələri əks-hücuma başlayıb
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç ölkənin Silahlı Qüvvələrinin bir sıra regionlarda əks-hücum əməliyyatlarına başlaması barədə məlumat yayıb.
Bu barədə Aparatın rəsmi “Telegram” kanalında bildirilib.
“Qoşunlarımız Sumı və Xarkov vilayətlərində kiçik taktiki əks-hücumlara başlayıb və onları Kiyev və Xerson vilayətində davam etdirir. Biz kiçik, lakin əks-hücum əməliyyatına başlayırıq”, – deyə Arestoviç bildirib.