Ukrayna üzərində hava məkanı sabahdan etibarən bağlanır

Fevralın 14-dən etibarən Ukrayna üzərindən hava hərəkəti dayandırılacaq. “RİA Novosti” xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Pyotr Poroşenkonun “Avropa Həmrəyliyi” partiyasının fraksiyasından olan deputatı Aleksiy Qonçarenko bildirib.

Siyasətçi bildirib ki, Ukrayna ərazisi üzərində təyyarələrin hərəkəti Kiyev vaxtı ilə saat 16:00-dan dayandırılacaq. O qeyd edib ki, Böyük Britaniyanın ən böyük sığorta şirkətlərindən biri sabahdan Ukraynanın hava məkanında olan mülki təyyarələrin sığortasına xitam veriləcəyi barədə bildiriş göndərib.

Deputat xaricdə olan və vətənlərinə qayıtmağı planlaşdıran ukraynalıları tez bir zamanda bunu etməyə çağırıb. O, yaxın bir-iki həftə ərzində “ölkəyə daxil olmağının çox çətin olacağını” vurğulayıb.

Bundan əvvəl Ukrayna hakimiyyətinin ölkənin hava məkanını təyyarələr üçün tamamilə bağlamaq niyyəti barədə məlumat yayılmışdı.

Hamısını Göstər

Related Articles

Back to top button