Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başladı

Mayamidə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Musavat.com-un məlumatına görə, bu barədə “X” sosial şəbəkəsində Ukraynanın danışıqlar qrupunun rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov məlumat verib.
“ABŞ-də artıq Ukrayna nümayəndə heyətinin amerikalı tərəfdaşlarla görüşü başlayıb. Görüşün məqsədi ədalətli sülhə nail olmaq üçün atılacaq addımları müzakirə etməkdir. Mən Ukrayna Prezidenti ilə daimi əlaqədəyəm. Bizim aydın istiqamətlərimiz və prioritetlərimiz var: Ukraynanın maraqlarının qorunması, məzmunlu dialoqun təmin edilməsi və Cenevrədə əldə olunan irəliləyiş əsasında prosesin inkişafı”, – Umerov bildirib.
Polise.az



