Ukrayna XİN COP29-un nəticələrini yüksək qiymətləndirib

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələrini yüksək qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişşenko Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyev ilə görüş zamanı söyləyib.

Görüşdə nazir müavini Azərbaycanın COP29-da uğurlu təşkilatçılığını qeyd edib və nəticələri yüksək dəyərləndirib.

Tərəflər Ukrayna ilə Azərbaycan arasında, xüsusən də xarici siyasət idarələri arasında ən yüksək səviyyədə təmasların intensivləşdirilməsinə xüsusi diqqət yetiriblər. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətə dair müzakirələr aparılıb.

Tərəflər Ukrayna və Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı dəstəyi təsdiqləyib, həmçinin qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Seymur Mərdəliyev, öz növbəsində, Azərbaycanın Ukraynaya yardımı artırmağa və Kiyevlə Bakı arasında əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğunu qeyd edib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button