“Ukraynada atəşkəsdən sonra sülhməramlı qüvvələr yerləşdiriləcək” – Ukrayna KİV-ləri

“İstəklilər koalisiyası” Ukrayna üzrə ümumi çərçivəni müəyyənləşdirib…”
Fransa prezidenti Emmanuel Makron, Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniya baş naziri Kir Starmer Ukraynada müharibə başa çatdıqdan sonra çoxmillətli xarici kontingentin yerləşdirilməsinə dair niyyət bəyannaməsi imzalayıblar.
Moderator.az xəbər verir ki, bu barədə koalisiyanın Parisdə keçirilən görüşünün yekununda məlumat verilib. Məlumatı “currenttime.tv” nəşri yayıb.
Makron bildirib ki, atəşkəs rejiminə nəzarət mexanizmləri razılaşdırılıb və bu prosesdə aparıcı rolu ABŞ üzərinə götürəcək.
Sülhməramlıların sayı və funksiyaları
Müzakirələrə görə, atəşkəs əldə olunarsa, Ukraynaya 15-20 min nəfərlik sülhməramlı qüvvə göndərilə bilər, bəzi paytaxtlarda bu rəqəmin 30 minə yaxın olacağı ümid edilir. Əsas kontingenti Fransa və Böyük Britaniya təmin etməli, Türkiyə isə Qara dənizdə nəqliyyat yollarının təhlükəsizliyinə cavabdeh ola bilər. Xarici qüvvələrin quru, hava və dəniz komponentləri ilə atəşkəsə əməl olunmasını təmin edəcəyi vurğulanır.
Zəmanətlər və mövqelər
“Reuters”-in yazdığına görə, koalisiya ölkələri Rusiyanın mümkün yeni hücumu halında Ukraynaya “məcburi öhdəliklər” çərçivəsində hərbi, kəşfiyyat, logistik və diplomatik dəstək göstərməyə hazırdır. Bununla yanaşı, bütün ölkələr eyni mövqedə deyil.
İtaliya baş naziri Corcia Meloni öz ölkəsinin Ukraynaya hərbi kontingent göndərməyəcəyini açıqlayıb və iştirakın könüllü xarakter daşıdığını xatırladıb. Zelenski isə bildirib ki, təhlükəsizlik zəmanətlərinə dair sənədlər artıq hazırdır və yaxın vaxtlarda imzalanacaq.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button