Ukraynada Azərbaycanın Zəfər Günü münasibətilə bilbordlar quraşdırılıb

Ukraynanın Çernovtsı və Jitomir şəhərlərində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə, 8 Noyabr – Zəfər Günü münasibətilə bilbordlar quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Konqresinin Çernovtsı və Jitomir şəhər təşkilatlarının təşəbbüsü ilə keçirilən bayram aksiyasında nümayiş etdirilən bilbordlarda “Azərbaycanın Qələbə Günü” şüarı yazılıb, Zəfərimizin rəmzi “Xarıbülbül”ün və Azərbaycanın dövlət bayrağı, şəkilləri əks olunub.

Bilbordlar Çernovtsı və Jitomir şəhərlərinin mərkəzlərində yerləşdirilib və bir müddət nümayiş olunacaq.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button