Ukraynada müharibə: Avropa “qiyamət gününə” hazırlaşır

Gözlənildiyi kimi, Rusiya Ukraynaya müharibə elan etdi, artıq Ukraynanın paytaxt Kiyev başda olmaqla, bir neçə şəhərindən həyəcanlı xəbərlər gəlir.

Vəziyyətin dramatikləşməsi Avropa üçün təhdidləri praktiki müstəviyə çəkir, Ukraynanın Rusiya və Belarus tərəfindən mühasirəyə alınması Polşa, Rumıniya, Slovakiya, Macarıstan və Moldovaya, oradan isə sıçrayış edərək digər ölkələrə təhlükə gətirir.

Rusiya Kalininqradda da və ilhaq etdiyi Krımda da strateji silahlar yerləşdirib, əgər NATO proseslərə hərbi tədbirlərlə qarşılıq verəcəksə, o zaman Avropanın başı üzərində qara dumanlar qatılaşacaq.

Qısası, bu müharibənin təsirləri Ukraynadan da qat-qat uzaqlara yayılır və Rusiyanın da, NATO-nun da davranışlarında əlavə istiqamətlər yaradır.

NATO-nun 1997-ci ildən bu yana sərhədlərini genişləndirməsi və Ukraynanı da öz çətiri altında görmək istəməsi Rusiyanı hiddətləndirir.

Rusiya burnunun dibində NATO-nu görmək istəmədiyindən bütün cəbhələrdəki təzyiqi artırır və Ukraynanı tükəndirməyə çalışır.

Tükəndirici tezislərə uyğun olan hərbi əməliyyatlar Avropada təhlükəsizlik nizamının təməllərini sarsıdır.

Avropa üçün “qiyamət günü” yaxınlaşır və Avropa dövlətləri də özünümüdafiə reflekslərini işə salmaq zərurətini dərk edirlər. Bu isə barıt qoxulu ssenariləri prioritetlərə daşıyır.

Avropanın Rusiya ilə soyuq müharibə tərzində qarşıdurma çağırışları ilə üz-üzə qalması bəşəri faciələr üçün də pəncərə açır.

Əgər müharibənin miqyası genişlənməzsə, bunun özü də hərb variantlarını gündəmdən çıxarmayacaq.

Aqşin Kərimov

Hamısını Göstər

Related Articles

Back to top button