“Ukraynada müharibənin dönüş nöqtəsi mayda olacaq” – “The Guardian”
“Ukraynada müharibənin dönüş anı mayda olacaq”.
Bu barədə “The Guraian”ın məqaləsində bildirilib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri hazırda irimiqyaslı əks-hücuma keçmək qabiliyyətinə malik deyil: “Ukraynada müharibənin dönüşü gələn ay (may ayını nəzərdə tutur – “Report”) Qərb silahlarının sonuncu dalğası ölkəyə gəldikdən, o cümlədən ABŞ haubitsaları ilə Almaniya və Böyük Britaniyanın zenit qurğuları alındıqdan sonra baş verəcək” .
Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Qərbdən güclü silahlar alacaqlarını və bundan sonra ölkə ərazisini azad etmək üçün aktiv hücum əməliyyatlarına başlayacaqlarını bildirib.