Ukraynada qadınlar hərbi qeydiyyata alınacaq

Ukraynada qadınların hərbi qeydiyyata alınması barədə ölkənin Müdafiə Nazirliyinin əmri qüvvəyə minib.

Sənəddə qadınların çalışdığı və hərbi qeydiyyata alınması vacib olan ixtisas və peşələrin siyahısı təsdiqlənib. Siyahıda 35 peşə sahəsi var ki, onların hər biri faktiki olaraq iqtisadi fəaliyyətin onlarla ayrı-ayrı ixtisaslarını təmsil edir.

Nazirlikdən verilən məlumata görə, qərar yüz minlərlə ukraynalı xanıma şamil olunur. Qadınların hərbi qeydiyyata alınması ilə bağlı sərəncamın icrası üzrə işlərin 2022-ci ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Hamısını Göstər

Related Articles

Back to top button