Türkiyə Avropa İttifaqına etiraz etdi

“Ukraynadakı müharibə və hazırkı qlobal hadisələrlə paralel olaraq, Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi səyləri də sürətlənib”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.

Qurumun sözçüsü xatırladıb ki, bu çərçivədə mayın 27-də Avropa Şurasında Avropa İttifaqı (Aİ) tərəfindən müdafiə satınalmalarına xərclənəcək 150 milyard avro vəsaitin üzv ölkələrə verilməsini nəzərdə tutan qanun layihəsi (SAFE) qəbul olunub:

“SAFE mexanizmi ölkəmizin iştirakı üçün açıq olsa da, tənzimləmə Aİ-yə daxil olmayan ölkələr üçün bir çox məhdudlaşdırıcı tədbirləri ehtiva edir. Bundan əlavə, təəssüf ki, bu proses zamanı ölkəmiz də daxil olmaqla, Aİ üzvü olmayan müttəfiqlərin Avropa İttifaqının müdafiə və təhlükəsizlik arxitekturasından kənarlaşdırılması və ya onlardan bazarlıq vasitəsi kimi istifadə edilməsi cəhdlərinin də şahidi olduq.

Hesab edirik ki, Avropa təhlükəsizliyini yalnız əhatəlilik, strateji uzaqgörənlik və kollektiv həmrəylik ilə gücləndirmək olar və bunun üçün uzaqgörən yanaşma lazımdır. Bu kontekstdə inanırıq ki, ölkəmiz öz müdafiə qabiliyyəti ilə Avropanın müdafiə və təhlükəsizliyinə mühüm töhfə verəcək”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button