“Ukraynadakı münaqişə 2022-ci ilin sonuna qədər davam edə bilər” – Blinken

“Ukraynadakı münaqişə 2022-ci ilin sonuna qədər davam edə bilər”.

“Report” CNN telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Avropa İttifaqındakı müttəfiqlərinə bildirib.

CNN qeyd edir ki, bu cür bəyanatlar Rusiya hərbi əməliyyatının əvvəlində onun tez başa çatacağını gözləyən ABŞ-ın qiymətləndirməsində ciddi dəyişikliyə dəlalət edir.

Bundan əvvəl Blinken bəyan edib ki, ABŞ Rusiyaya qarşı hər gün daha sərt sanksiyalar üzərində işləyir.

Hamısını Göstər

Related Articles

Back to top button