Ukraynadan həyəcanlı xəbər: “Rusiya ordusu cəbhə xəttinin bütün istiqamətlərində hücuma keçib”
“Rusiya ordusu Ukraynada cəbhə xəttinin bütün istiqamətlərində hücuma keçib”.
Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.
O qeyd edib ki, qarşı tərəfin bu qərarının qəribə olduğunu eyib:
“Ehtimal edilir ki, Putin əməliyyatlara şəxsən nəzarət etmək qərarına gəlib. Onlar hər yerə hücum etməyə çalışırlar. Hucumlar təkcə Donbassda deyil, Xersonda, Krivoy Roqda da qeydə alınır. Bundan əvvəl Zaporojye və Nikolayev yaxınlığında da qarşı tərəfin fəallığı müşahidə olunmuşdu”, – deyə o söyləyib.