Ukraynadan sonra növbəti hədəf Moldovadır?

Belarus Təhlükəsizlik Şurasının iclasında prezident Aleksandr Lukaşenkonun təqdim etdiyi xəritədə Moldovanın Rusiya ərazisi kimi təqdim edilməsi narahatlıq yaradıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, iclas zamanı Belarusun Ukraynanın əsas hədəflərinə raket zərbələri endirməsindən danışan Lukaşenko rus qoşunları üçün təklif edilən hücum planları ilə bağlı xəritəni təqdim edib. Xəritədə Oxlar rus qoşunlarının Ukraynanın Odessa şəhərindən Moldovaya daxil olduğunu göstərib.

Üstəlik Moldova Rusiya ərazisi kimi qeyd edilib. Bu xəritə Rusiyanın Ukraynadan sonra Moldovaya hücum edib-etməyəcəyi sualını gündəmə gətirib.

Hamısını Göstər

Related Articles

Back to top button