Ukraynalı jurnalistdən İlham Əliyevə maraqlı hədiyyə – hərbi anlamı böyükdür

III Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Yelena Kurbanova Azərbaycan Prezidenti İlham Əliyevə Ukrayna Silahlı Qüvvələrində istifadə olunan hərbi şevronlar hədiyyə edib.

Teleqraf xəbər verir ki, bu barədə videonu deputat Aleksey Qonçarenko öz Telegram kanalında yayımlayıb.

O, Prezident İlham Əliyevin ukraynalıların təslim olmaması ilə bağlı çox sərt bəyanat verdiyini də qeyd edib: “Dünən Yelena Azərbaycan prezidentinə Ukrayna hərbi şevronlarını hədiyyə edib. Azərbaycan prezidenti ona təşəkkür edib və Ukraynaya “işğalla barışmayın” deyib. İşarə aydındır”, – Qonçarenko yazıb.

Xatırladaq ki, forumun birinci günü Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçıları ilə görüşü olub. Dövlət başçısı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button