Ukraynanın erməniəsilli DİN rəhbəri istefa verdi

Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa verib.

O, bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib.

İstefa ərizəsi ölkənin Daxili İşlər Nazirliyinin Mətbuat xidməti tərəfindən yayımlanıb.

Ukrayna Ali Radası istefa məsələsinə iyulun 15-də baxacaq.

Qeyd edək ki, milliyətcə erməni olan A.Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziri vəzifəsində çalışır. 

Hamısını Göstər

Related Articles

Back to top button