Ukraynanın İzyum şəhərinin sakinləri zorla Rusiyaya aparılır

Rusiya hərbçiləri Ukraynanın İzyum şəhərindən vətəndaşların məcburi çıxarılmasına başlayıblar. İzyum vətəndaşları zorla Rusiyaya aparılır. Həmçinin təmizləmə tədbirləri həyata keçirilir.

“RBC-Ukraina” bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsinə istinadən məlumat yayıb.

“Slobojanşinada, İzyum şəhərində düşmən icbari təmizləmə tədbirləri və yerli sakinlərin məcburi olaraq Rusiya Federasiyasının ərazisinə çıxarılmasını həyata keçirir”, – Baş Qərargah bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button