Ukraynanın Rusiyaya verdiyi təkliflər açıqlandı

Ukraynanın münaqişənin həlli ilə bağlı Rusiyaya verdiyi təkliflər məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” diplomatik mənbələrə istinadla məlumat yayıb.

Ukraynanın təkliflərinə mümkün sülh sazişin əsas prinsipləri və danışıqlar prosesi, atəşkəs rejiminin tətbiqi və prezidentlərin görüşünün gündəliyinin razılaşdırılması, qeyd-şərtsiz atəşkəs, qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirləri və prezidentlərin görüşü daxildir.

Ukrayna ilk addım üçün Rusiyaya 30 günlük atəşkəs təklif edib.

“Reuters”ə görə, Kiyev Moskvanın ölkənin NATO-ya üzvlük və Ukrayna Silahlı Qüvvələrinin məhdudlaşdırılması tələblərindən imtina edib. Sənəddə Ukraynanın NATO və Avropa İttifaqına üzvlüyünün və Silahlı Qüvvələrin ixtisar edilməsinin müzakirə edilməyəcək məsələlər olduğu bildirilib.

Ukraynanın şərtlərinin bu gün Rusiya ilə İstanbulda (Türkiyə) keçiriləcək danışıqlarda müzakirə olunacağı gözlənilir.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button