Ukraynaya BMT sülhməramlılarının göndərilməsi təklif olundu

Almaniyanın keçmiş xarici işlər naziri Ziqmar Qabriel Ukraynanın şərqinə BMT-nin sülhməramlı missiyasının göndərilməsini təklif edib.

O, “Bild” nəşrinə müsahibəsində bunun barışığa nəzarət etmək və zorakılığın qarşısını almaq üçün zəruri olduğunu bildirib.

Qabrielin sözlərinə görə, zərurət yaranarsa, sülhməramlılar “silahların köməyi ilə öz məqsədlərinə nail ola bilərlər”.

Keçmiş diplomat əlavə edib ki, hazırda ABŞ, NATO və Avropanın səyləri “qitənin mərkəzində müharibənin qarşısını almağa” yönəlib.

Hamısını Göstər

Related Articles

Back to top button