Umarlı Novruz Yusub oğlu bəraət qazandı

Polise.az media xəbər saytında 03 Avqust 2020-ci il tarixli “Azərbaycanda silahlı narkotacir polisə atəş açdı” başlığı altında dərc edilmiş məlumatda adı keçən Umarlı Novruz Yusub oğlu bəraət qazandı.
Oğuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslərin cinayət işinə yenidən baxılmışdır.
Hökmdə deyilir:
-Umarlı Novruz Yusub oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilsin
-Umarlı Novruz Yusub oğlu barədə seçilmiş həbs qəti imkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin.
– Umarlı Novruz Yusub oğlunun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin.
Polise.az