“Ümid edirəm ki, Azərbaycan və Ermənistan bu dəfə sülhü bərqərar edə biləcəklər”

Ermənistan prezidenti Armen Sarkisyan İrəvan və Bakı arasında sabit sülhün bərqərar olacağına ümid edir. O, bunu “Sky News Arabia” telekanalına müsahibəsində bildirib. Sarkisyanın sözlərinə görə, o, praqmatik düşüncəli insandır və sabitliyə nail olmaq üçün danışıqlar və dialoqdan daha yaxşı yol yoxdur.

Ermənistan prezidenti hesab edir ki, Azərbaycanla Ermənistan arasında barışıq əldə olunub, lakin bu, tam sülh deyil. Rusiyanın vasitəçiliyi ilə danışıqlar aparılır, bunun nəticəsində sabit və praqmatik sülh yaranacaq, – Sarkisyan ümid edir.

“Ümid edirəm ki, bu dəfə Ermənistan və Azərbaycan kompromislərin köməyi ilə sabit sülhü bərqərar edə biləcəklər. Amma bu, asan deyil”, – Sarkisyan bildirib.

O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından danışarkən qeyd edib ki, “praqmatizm və sabitlik onu deməyə əsas verir ki, qonşularınızla problem yaşamamalısınız, xüsusən də qonşunuz böyük ölkədirsə…”.

Hamısını Göstər

Related Articles

Back to top button