Uqandalı nümayəndə: COP29 gözləntilərimi aşıb

“Artıq COP29 gözləntilərimi aşıb. Qeyd etməliyəm ki, burada təşkilatçılıq qüsursuzdur”.

Bunu  Polise.az-a müsahibəsində COP29-da iştirak edən Uqanda Rabitə Komissiyasının nümayəndəsi Fred Otunnu deyib.

Azərbaycana ilk dəfə gəldiyini bildirən nümayəndə burada təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb: “Xüsusilə hava limanında hamı çox sürətli çalışır. COP29-un təşkili çox yaxşıdır. Əlavə edim ki, Uqanda olaraq Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməyə sadiqik. Ümid edirəm ki, ən azından İKT sektorunda bundan sonra emissiyaların azaldılmasına dair öhdəlik olacaq, çünki məlumat mərkəzləri enerjinin ən böyük istehlakçılarından biridir. Uqanda ekvatorun ortasında bir yerdədir. Burada vaxtaşırı bəzi çayların daşması, çoxlu yağışın səbəb olduğu sürüşmələr və digər unikal ətraf mühit hadisələri baş verir. İqlim dəyişikliyinin təsiri realdır. Bu problemləri yaşayan bir ölkə olaraq, COP29-un iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayacağını düşünürük”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button