Ursula Fon der Leyen: “Rusiya Aİ-yə qarşı hibrid müharibə aparır”

Rusiya Avropa İttifaqına qarşı hibrid müharibə aparır, Avropa bu təhdidə qarşı ənənəvi müdafiə çərçivəsini aşan tədbirlər görməlidir.

Polise.az xəbər verir ki, bunu Strasburqda Avropa Parlamentində çıxışı zamanı Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

O qeyd edib ki, Rusiya dron hücumları, hava məkanının pozulması, sualtı kabellərə zərbələr, kibertəhlükələr və seçkilərə təsir cəhdləri ilə Aİ və NATO ölkələrini sarsıtmağa çalışır.

“Bu, təsadüfi hücumlar deyil. Bu, vətəndaşlarımızı qorxutmaq, birliyimizi parçalamaq və Ukraynaya dəstəyimizi zəiflətmək məqsədi daşıyan ardıcıl və eskalasiyaedici kampaniyadır. Artıq şeyləri öz adı ilə adlandırmağın vaxtıdır. Bu, hibrid müharibədir”, – deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button