Ursula fon der Lyayen:”İran rejimi üçün göz yaşı tökməyə dəyməz”

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İranın Ali Rəhbəri Əli Xameneyinin ölümü və davam edən hərbi əməliyyatlar fonunda Tehran rejimini kəskin tənqid edən bəyanatla çıxış edib.
Polise.az Musavat.com -a istinadən əbər verir ki, fon der Lyayen beynəlxalq birliyi və Avropa ictimaiyyətini mövcud rejimə qarşı sərt mövqe nümayiş etdirməyə çağırıb.
“Bu rejim üçün göz yaşı tökmək lazım deyil. Onlar öz xalqına ölüm və repressiya gətiriblər. Bu rejim 17 000 gənci qətlə yetirib. Onlar öz proksi qüvvələri vasitəsilə bütün regionda dağıdıcılıq və qeyri-sabitlik yayıblar”, — deyə Avropa Komissiyasının sədri bəyan edib. O həmçinin qeyd edib ki, hazırda həm İranın daxilində, həm də bütün dünyada bir çox iranlı Xameneyinin ölümünü bayram edir. Fon der Lyayen vurğulayıb ki, müharibə dövründə və ondan sonra yaranacaq təhlükələrə və qeyri-sabitliyə baxmayaraq, “İran xalqı azadlığa, ləyaqətə və öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququna layiqdir”.
Polise.az



