Uşaq əməyinin istismarı mövzusunda Sumqayıt şəhər Pİ-də təlim keçirilib

İnsan Alverinə Qarşı Qeyri-Hökümət Təşkilatları Koalisiyasının Fəaliyyət Planına əsasən regionlarda  “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi” mövzusunda maarifləndirici təlimlərin regional koordinatorlar tərəfindən keçirilməsi nəzərdə tutulmuşdur.

Koalisiya tərəfindən  06 may 2025-ci il tarixində Sumqayıt şəhərində sahə inspektorları və uşaq inspektorları üçün “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi” mövzusunda təlim təşkil olunmuşdur. Təlimin məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan hüquq-mühafizə orqanı əməkdaşlarının uşaq əməyinin istismarı hallarını tanımaq, qiymətləndirmək və onlara operativ müdaxilə etmək bacarıqlarının artırılması olmuşdur.

Tədbirdə çıxış edənlər: Sumqayıt şəhər polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Azər Bağırov və Sumqayıt şəhər 4 cü polis bölməsinin yetkinlik yaşına çatmayanlarların işləri üzrə inspektor, polis kapitanı İqbal Həsənov.

Həm Azad Bağırov, həm də İqbal Həsənov tərəfindən uşaq əməyinin istismarı halllarının,yetkinlik yaşına çatmayanlar arasında cinayərkarlığın qarşısının alınması istiqamətində şəhər polis idarəsinin və polis bölmələrinin həyata keçirdikləri təxirə salınmaz tədbirlərlə bağlı iştirakçılara müvafiq məlumat verildi. Sumqayıt şəhər orta təhsil və ali təhsil ocaqlarında maarifləndirmə və profilaktik tədbirlərin icraya yönəlməsinin preventiv xarakter daşıyıdığını ,habelə yeniyetmələr arasında cinayətkarlığı doğuran səbəb və şəraitin öyrənilməsi hallarının rəhbirliyin bilavasitə məzarəti altında olduğunu diqqətə çatdırdılar.

Tədbirdə iştirak edən inspektorlara uşaq əməyinin formaları, risk qrupları, istismarın hüquqi aspektləri, bu sahədə olan qanunvericilik və beynəlxalq öhdəliklər haqqında ətraflı məlumat verilmiş, real hallar üzərində praktiki təhlillər aparılmışdır.

Təlimdə təlimçi qismində “Qadın Təşəbbüsü və Sosial Problemlərinin Həllinə Yardım” İB-nin rəhbəri Zenfira Mustafayeva və təlimçi Günel Ələkbərova çıxış etmişlər.

Təlim interaktiv formatda keçirilmiş, iştirakçılar arasında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır.

Koalisiya tərəfindən təlimlərin keçirilməsi insan alveri, uşaq istismarı  hallarının azaldılması, uşaq hüquqlarının müdafiəsi istiqamətində sistemli yanaşmanın formalaşmasına və sahədə bu çalışan mütəxəssislərin  potensialının artırılmasına xidmət edir.

Qeyd edək ki, regionlar üzrə təlimlərin həyata keçirilməsi davamlı olacaqdır.

Südabə Əliyeva                                                                                                                                                             Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button