ÜST ABŞ-ın təşkilatdan çıxmaq qərarına yenidən baxacağına ümid edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-ın təşkilatdan çıxmaq qərarından təəssüflənir və bu qərara yenidən baxacağına ümid bəsləyir.

Polise.az xəbər verir ki, bu fikri ÜST-nin sözçüsü Tarik Jazareviç brifinqdə səsləndirib. O, təşkilatın bütün dünyada insanların, o cümlədən amerikalıların sağlamlığının və təhlükəsizliyinin qorunmasında mühüm rol oynadığını bildirib.

“Ümid edirik ki, ABŞ öz qərarını yenidən nəzərdən keçirəcək. Biz dünyada milyonlarla insanın sağlamlığı və rifahı naminə ABŞ-ÜST tərəfdaşlığını qorumaq üçün konstruktiv dialoqu səbirsizliklə gözləyirik”, – deyə ÜST nümayəndəsi əlavə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp vəzifəsinə başladığı ilk gün ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı sərəncam imzalayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button