ÜST COVID-19-un nə zaman bitəcəyini açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus (COVID-19) pandemiyasının iki ildən az müddətdə bitəcəyini gözləyir.

Bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Hazırki dönəmdə daha çox texnologiyalar mövcuddur. Virus sürətli yayılır, ancaq onu dayandırmaq üçün texnologiyamız var. Buna görə iki ildən az müddətdə bu pandemiyanı bitəcəyinə ümid edirik”-deyə, o bildirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button