ÜST-dən “Britaniya ştammı” ilə bağlı qorxudan açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı 41 ölkədə koronavirusun İngiltərədə ortaya çıxan mutasiyaya uğramış növünün aşkarlandığını açıqlayıb.

Təşkilatın məlumatına görə, söhbət az sayda qeydə alınan hallardan gedir.

Bundan əlavə 6 ölkədə koronavirusun Cənubi Afrikada meydana gələn mutasiyaya uğramış növü təsbit edilib.

Xatırladaq ki, keçən ilin dekabrında İngiltərədə SARS-CoV-2 koronavirusunun yeni bir mutasiyasının, daha sonra Cənubi Afrikanın Səhiyyə Nazirliyi ölkədə genetik kodu 501.V2 olan yeni bir koronavirus mutasiyasının aşkarlandığını açıqlamışdı.

Hamısını Göstər

Related Articles

Back to top button