ÜST-dən VACİB AÇIQLAMA: “Karantin sərtləşdirilə bilər”

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus İsveçrədə keçirilən növbəti brifinqdə çıxış edib.

Bu dəfə pandemiya dövründə məktəblərin və iş yerlərinin açılmasından danışan Qebreyesus karantin qaydalarına ciddi əməl etməyin vacibliyini bir daha dünya ictimaiyyətinə çatdırıb:

“ÜST iqtisadiyyatla bağlı sahələri və cəmiyyətləri yenidən açmaq üçün göstərilən səyləri tamamilə dəstəkləyir. Biz pandemiya dövründə məktəblərin və iş yerlərinin açılmasını dəstəkləyirik, lakin karantin qaydalarına ciddi əməl etməyi unutmamalıyıq.

Eyni zamanda, heç bir ölkə pandemiyanın bitdiyini deyə bilməz. Bu koronavirusun asanlıqla yayıldığını unutmamalıyıq, bu, hər yaşdan olan insan üçün ölümcüldür, buna həssas yanaşmalıyıq”.

ÜST rəhbəri qeyd edib ki, sanitar-gigiyenik qaydalara nə qədər ciddi yanaşılsa, digər məhdudiyyətlərin aradan qaldırılması bir o qədər tez baş tutar. Qebreyesus əlavə edib ki, karantin qaydalarına əməl etməmək məhdudiyyətlərin yenidən ağırlaşmasına səbəb ola bilər.

Mənbə
baku.ws
Hamısını Göstər

Related Articles

Back to top button