ÜST-dən yeni qərar: Beynəlxalq fövqəladə vəziyyət rejimi uzadıldı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb. Bu barədə ÜST-ün Fövqəladə Vəziyyət üzrə Komitəsinin Cenevrədə keçirilmiş müşavirəsinin yekununda qərar qəbul olunub.
Komitə beynəlxalq narahatlığa səbəb olan COVID-19 pandemiyanın hələ ictimai səhiyyə üçün fövqəladə vəziyyət yaratdığına dair qərar qəbul edib. Qərar yekdilliklə qəbul olunub.
Komitə bu rejimin uzadılması ilə bağlı tövsiyəsini ÜST-ün baş direktoru Tedros Adan Qebreyesusa təqdim edib, O, qərarla razılaşıb və qərar təsdiqlənib
Qərara əsasən, Fövqəladə Vəziyyət üzrə Komitəsi baş direktorun qərarı ilə üç ay ərzində yenidən çağırılacaq.