ÜST: Dünyada ölüm halları azalıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada bir həftə ərzində yeni koronavirusa yoluxma hallarının artdığını açıqlayıb.

Bu barədə TASS xəbər yayıb.

Verilən məlumatlara görə yoluxmanın artma nisbəti 2 % və ya 2,7 milyon olub. Bu, əvvəlki həftənin məlumatlarını üstələyir.

Eyni zamanda, koronavirusa yoluxmuş xəstələrdə ölüm hallarının artımı 6 % azalıb.

“Qlobal olaraq ölkələrin təxminən yarısında yeni xəstələrin sayı azalıb, digər yarısında isə artıb”, – deyə ÜST-dən bildirilib.

Hamısını Göstər

Related Articles

Back to top button