“Vəssalam, uşaqlar, blef bitdi. Putin heç vaxt əsl müharibə başlatmayacaq…”

“Bu gün Ukrayna ordusu Rusiya ordusundan daha müasirdir”, – tanınmış rusiyalı jurnalist və yazıçı Yuliya Latınina “Exo Moskva” radiostansiyasının efirində belə deyib.

“Vəssalam, uşaqlar, blef bitdi. Putin heç vaxt əsl müharibə başlatmayacaq, çünki onu uduza bilər”, – jurnalist bildirib. Onun fikrincə, Kremli planından çəkindirən son hadisə Ukraynaya Qərbdən ölümcül silahlar, o cümlədən “Javelin” və “Stinger” raketlərinin göndərilməsi oldu. Latınina hesab edir ki, Putin hibrid müharibəyə üstünlük verir, daha əvvəl Gürcüstan və Ukraynada olduğu kimi.

Jurnalist əmindir ki, hazırda Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirdiyi  130 minlik qoşunla irimiqyaslı hərbi müdaxilə həyata keçirmək qətiyyən mümkün deyil. “Ukrayna ordusu Rusiyanın 2014-cü ildə qarşılaşdığı ordudan güclü şəkildə fərqlənir. Ukrayna ordusu müasir taktiki müharibə aparmaq üçün məşq edib”,-Latınina bildirib.

Məsələn, o qeyd edib ki, Kiyev Türkiyədən fəal şəkildə “Bayraktar TB2” döyüş PUA-larını alır, hansı ki, həmin PUA-ların köməyi ilə Azərbaycan ordusu Qarabağı azad edə bilib. Paralel olaraq ukraynalılar özlərinin tank əleyhinə “Stuqna” raket kompleksini inkişaf etdiriblər və bu komplekslər hətta “Javelin”ləri üstələyir.

Latınina bildirir ki, Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi bu ölkə üçün dəhşətli fəlakət olardı. Amma Rusiya ordusunun müasir olmasına görə deyil, sayına görə. “Olduqca az ehtimal ediləndir ki, Rusiya ordusu fəlakətli itkilər vermədən Ukrayna ərazisində irəliləyə bilsin”, – rusiyalı jurnalist qeyd edib.

Xatırladaq ki, ABŞ və NATO Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləyə hazırlaşdığı barədə xəbərdarlıq edirlər. Rusiya rəhbərliyi isə belə niyyətlərinin olmadığını bildirir.

Hamısını Göstər

Related Articles

Back to top button