Vətən müharibəsi şəhidinin yeni dünyaya gələn övladı ziyarət olunub

Vətən müharibəsi şəhidinin yeni dünyaya gələn övladı ziyarət olunub

Müzəffər ordumuzun Zəfər yürüşü ilə tarixi qələbəmizin əldə olunmasında xidmətləri olan şəhid ailələrinin və qazilərin diqqət və qayğıları dövlətin diqqət mərkəzindədir. Bu sırada Cəlilabad Rayon Polis Şöbəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon Şöbəsinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərliyi torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalanların ailələrinə mütəmadi olaraq baş çəkir, onların qayğıları ilə maraqlanırlar. Vətən müharibəsinə Cəlilabad rayonunun Uzuntəpə kəndindən cəbhəyə yollanaraq şəhidlik zirvəsinə ucalan leytenant Rusif Kazımovun oğul övladının dünyaya gəlməsi münasibətilə ailəsi ziyarət olunub.Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Mübariz Quliyev ailənin bu sevincli günündə onlara ən xoş arzularını çatdırıb. Şəhid leytenantın gənclərə örnək olacaq döyüş yolu, hünəri bir daha xatırlanıb .

Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Rusif Kazımov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Hamısını Göstər

Related Articles

Back to top button