Vətən müharibəsində şəhid olmuş daha bir hərbçinin meyiti tapılıb?

“Döyüşlərin getdiyi ərazilərdə son günlər daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir”.

Bu barədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev məlumat verib. 

Onun sözlərinə görə, hazırda tapılan meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür:

“Birinci Qarabağ müharibəsində dörd min, Vətən müharibəsində isə yeddi nəfər itkin düşüb. Hazırda tapılan meyitlə bağlı identifikasiyası üzrə işlər davam etdirilir, DNT analizləri götürülür. Çox güman ki, itkin düşənlərin sayı 6-ya düşəcək. Bununla bağlı bizim aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir”.

Hamısını Göstər

Related Articles

Back to top button