Vətən Müharibəsindən sonra azad edilmiş ərazilərdə aşkarlanan minaların ümumi sayı açıqlanıb

Üçtərəfli bəyanatın qəbul edildiyi 2020-ci il noyabrın 10-dan 2024-cü il iyulun 31-nə qədər azad edilmiş ərazilərdə aşkarlanan minaların ümumi sayı açıqlanıb.

Polise.az-ın məlumatına görə, bununla bağlı “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, 152 min 619 hektar ərazidə ümumilikdə 126 663 mina və partlamamış hərbi sursat aşkarlanıb: “Onlardan 32 940 mina piyada əleyhinə, 19 956 mina tank əleyhinə, 73 min 767 isə partlamamış hərbi sursatdır”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button