Vətəndaşları girov götürməkdə təqsirləndirilən Asif axtarışa verilib

Azərbaycan hüquq-mühafizə orqanları vətəndaşları girov götürməkdə təqsirləndirilən şəxs barəsində axtarış elan edib.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Bakı şəhər sakini Abasov Asif Raqif oğlu Cinayət Məcəlləsinin 215.2.1-ci (Girov götürmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 215.2.3-cü (Girov götürmə – həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 215.2.4-cü (Girov götürmə – odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə), 215.2.7-ci (Girov götürmə – iki və ya daha çox şəxs barəsində törədildikdə) və 215.2.8-ci (Girov götürmə – tamah niyyəti ilə törədildikdə) maddələri ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.

Hamısını Göstər

Related Articles

Back to top button