Vahid Ələkbərovun sərvəti 17 milyard dollar azalıb
Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən bu günə kimi 50,1 milyard dollar azalıb. Bu barədə məlumatı “Bloomberg Billionaires Index (BBI)” reytinqinə əsasən “RİA Novosti” yayıb.
Qeyd olunur ki, sərvəti ən çox azalan sahibkar “Lukoyl” şirkətinin prezidenti və həmtəsisçisi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov olub. Belə ki, onun sərvəti 17,4 milyard dollar həcmində azalıb. Dekabr ayında milyarderin sərvəti 26,16 milyard dollar olaraq qiymətləndirilirdi.
Bununla yanaşı, hazırda Rusiyanın ən varlı insanı, “Nornikel” şirkətinin əsas sahiblərindən biri olan Vladimir Potaninin sərvəti ilin əvvəlindən bu yana 1,47 milyard dollar azalıb. Bununla belə, onun sərvəti 29,4 milyard dollar olaraq qiymətləndirilir.
Rusiyalı milyarder Roman Abromoviçin sərvəti isə ilin əvvəlindən 3,6 milyard dollar azalaraq 14,4 milyard dollar təşkil edib.