Vaksinə davamlı Cənubi Afrika ştammı Rusiyaya çatdı, Fransada isə daha bir mutasiya aşkarlandı – Testlə aşkanlamaq mümkün olmur…

Koronavirusun vaksinlərə davamlı Cənubu Afrika ştammı Rusiyada aşkarlanıb. Rusiya KİV-lərinə istinadən xəbər verilir ki, “Rospotrebnadzor” ölkə ərazisində ilk dəfə iki pasiyentdə Cənubi Afrika ştammının aşkarlandığını açıqlayıb. Onlar təcrid olunub. Daha 28 nəfərdə isə virusun Britaniya ştammı (adi varianta nisbətən 70 faiz daha sürətlə yayılır) aşkarlanıb.

Koronavirusun Cənubi Afrika ştammı peyvənd olunanları və qanında virusa qarşı anticismlər yarananları da yoluxdura bilir. Bu, virusun ən təhlükəli mutasiyası hesab olunur və hazırda mütəxəssislər vaksinlərin həmin ştamma qarşı nə dərəcədə təsirli olacağını araşdırmaqdadır.

Fransada isə koronavirusun yeni, adi test yolu ilə aşkarlanması mümkün olmayan ştammı tapılıb. Bu hal Bretani əyalətində qeydə alınıb. Ölkənin Səhiyyə Nazirliyi bildirir ki, hələlik yeni ştamma 8 yoluxma təsdiqlənib. Həmin ştamm adi PSR-testlər vasitəsilə aşkarlanmır, onu ancaq qanın seroloji analizi ilə aşkarlamaq mümkündür. Lakin yeni ştammın koronavirusun adi ştammına nisbətən daha yoluxucu və daha ölümcül ola biləcəyi haqda hələlik rəy yoxdur. Mütəxəssislər araşdırma aparırlar.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button