Vanqadan 2025-ci illə bağlı qorxulu FİKİRLƏR
“Balkanların Nostradamusu” kimi tanınan bolqar görücü Baba Vanqanın 2025-ci il üçün söylədiyi fikirlər gündəm olub.
Polise.az xəbər verir ki, uşaq ikən görmə qabiliyyətini itirən, 11 sentyabr hadisələri və İngiltərənin Avropa İttifaqından çıxması kimi bir çox hadisələri qabaqcadan görən Baba Vanqa bəşəriyyətin sonu ilə bağlı qorxulu proqnoz verib.
Bütün bəşəriyyətin sonunun 2025-ci ildə başlayacağını bildirən Baba Vanqa yer üzündə insanların həyatının 5079-cu ildə bitəcəyini proqnozlaşdırıb. 2025-ci ildən başlayaraq həyatın daha da pisləşəcəyini təxmin edən Baba Vanqa, “ağıla sığmayan ölçülərdə kosmik hadisənin baş verəcəyini” söyləyərək, “2025-ci ildə Avropada qitə əhalisinin çox azalmasına səbəb olacaq böyük bir münaqişə olacağını” vurğulayıb.
2033-cü ildə qütb buzlaqlarının əriyərək dəniz səviyyəsində böyük artıma səbəb olacağını iddia edən Baba Vanqa 2170-ci ildə qlobal quraqlığın olacağını, 3797-ci ildə isə Yer kürəsinin yox olacağını deyib.
Polise.az